Lukaşenko Belarusun Rusiyaya birləşməsindən danışıb...

25 Oktyabr 2024 21:32 (UTC+04:00)

Belarus rəhbəri Aleksandr Lukaşenko Belarusun Rusiyaya birləşməsini qeyri-mümkün adlandırıb, lakin qeyd edib ki, iki ölkənin “ortaq vətəni” var.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “İzvestiya”ya müsahibəsində danışıb.

Lukaşenko qeyd edib ki, Rusiya və Belarus ümumi keçmişlərindən “qaçmayacaqlar”.

Bununla belə, ölkələr çoxdan suveren dövlətlərə çevriliblər,- deyə o vurğulayıb.

…Bizim ümumi vətənimiz var: Brestdən Vladivostoka qədər. Amma bizim günahımız olmadan elə oldu ki, burada iki dövlət var. İki suveren dövlət: Belarusiya və nəhəng Rusiya. Bu, zəmanəmizin dönməz qanunudur, -deyə Lukaşenko qeyd edib.

Əli Babayev