Tramp və Harrisin milli reytinqləri bərabərləşdi...

25 Oktyabr 2024 21:04 (UTC+04:00)

…ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampın reytinqləri seçkiyə iki həftə qalmış faktiki olaraq bərabərləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The New York Times” və Siena Kollecinin son sorğusu sübut edir.

ABŞ prezident seçkilərində Demokratlar və Respublikaçılar Partiyasının namizədlərinin reytinqi, sorğuya əsasən, hər birinin 48 faizdir. İki həftə əvvəl keçirilən sorğuda Harris 49, Tramp 46 faiz səs toplamışdı.

“The New York Times”-ə görə, bu nəticələr "Harris üçün ümidverici deyil", çünki son seçkilərdə Demokratik namizəd hətta seçkiləri uduzsa belə, milli sorğularda rəqibini qabaqlamışdı.

Təşviqat kampaniyasının son iki ayında hər iki namizədin reytinqi ciddi dəyişməyib. Bu müddət ərzində debatlar, cənab Trampın həyatına iki cəhd və yeddi yelləncək ştatında seçkinin taleyini müəyyən edəcək onlarla mitinq olub.

Əli Babayev