ABŞ Ukraynanı ərazilərini Rusiyaya verməyə çağırıb..?

25 Oktyabr 2024 18:16 (UTC+04:00)

...ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyn Di Vance bildirib ki, Ukrayna sonda ərazilərini Rusiyaya verməli olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti yazır ki, o, bu fikri Miçiqan ştatında seçicilərlə görüşü zamanı bildirib. ...Düşünürəm ki, son nəticədə Ukrayna yenə də bu qərarı verməli olacaq.

Qeyd edək ki, o, videonu NewsNation YouTube kanalı tərəfindən yayımlanan görüşdə deyib.

Vance həmçinin əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Ukraynanı bir araya gətirməli və “əsl diplomatiyaya” başlamalıdır.

Xatırladaq ki, Ceyn Di Vance daha əvvəl Ohayodan senator olarkən Ukraynaya yardımın əleyhinə kəskin çıxış etmişdi. O, dəfələrlə bəyan edib ki, Kiyev bəzi ərazilərin itirilməsi ilə barışmalı olacaq ki, etiraf etmək ABŞ-ın maraqlarına uyğundur.

Əli Babayev