ABŞ-da seçkilərlə bağlı son anket nəticələri açıqlanıb

25 Oktyabr 2024 18:05 (UTC+04:00)

ABŞ-da keçiriləcək seçkilərdə Harris ilə Trump arasındakı fərq 0,3-ə düşüb. Amerika Birləşmiş Ştatlarında 5 noyabrda keçiriləcək prezident seçkiləri üçün aparılan sorğularda öndə görünən Demokratlar Partiyasının namizədi Kamala Harris ilə Respublikaçıların namizədi Donald Trump arasındakı fərq 0,3 faizə enib.

SİA xəbər verir ki, "Real Clear Politics (RCP)" adlı xəbər platforması tərəfindən 24 oktyabr etibarilə yayınlanan sorğuların ölkə üzrə orta göstəricilərinə görə, Harris 48,8 faiz dəstəyə sahibdir. Bu rəqəmlər Harrisin eyni sorğularda 48,5 faiz dəstək toplayan Trampın önündə olduğunu göstərir. Beləliklə, 16 oktyabrdan bu yana rəqiblər arasındakı fərq 1,7 faizdən 0,3 faizə düşüb.

Harris ölkə üzrə sorğularda az fərqlə öndə görünür, lakin ABŞ prezidentlik seçki sistemi çərçivəsində ən çox səs toplayan deyil, ən çox nümayəndə qazanan namizədin qalib gəlməsi səbəbilə ara əyalətlərdəki nəticələr daha çox əhəmiyyət daşıyır. "Seçicilər Kollegiyası" (Electoral College) adı verilən sistem sayəsində həlledici əhəmiyyətə malik 7 ara əyalətdəki sorğuların ortalamasına görə, Trampın Harrisin önündə olduğu və aralarındakı fərqin 0,9 faiz olduğu görünür. Oktyabr ayındakı son sorğulara görə, Tramp Pensilvaniyada 0,6, Corciyada 2,2, Arizonada 1,5, Nevadada 0,7, Miçiqanda 0,2, Şimali Karolinada isə 0,8 faiz fərqlə Harrisin önündədir. Viskonsin əyalətində 16 oktyabrdakı nəticələrə görə, Harris 0,3 faizlə öndə idi, lakin son nəticələrə görə Tramp burada da 0,2 faiz fərqlə yarışı önə keçirib.