“Ən ağır cinayət növlərinə müasir Avropanın həyatında rast gəlmək mümkündür“ - ŞƏRH OLUNDU

25 Oktyabr 2024 17:12 (UTC+04:00)

“Min illər əvvəl bəşər tarixinin iddiham olunmuş ən ağır cinayət növlərinə müasir Avropanın həyatında rast gəlmək mümkündür. Avropada quldarlıq dövrünə aid cinayət növlərinə bu gün də rast gəlinməsi sadəcə biabırçılıqdır. İnsanların oğurlanması, hüquqlarının açıq-aşkar tapdalanması, etirazını bildirən insanlara qarşı ən ağır cəza növlərinin tətbiq olunması özünü ən dəhşətli formada göstərir. Təəssüf ki, bu siyasətin önündə dayanan Fransa, Hollandiya kimi ölkələr özlərində olan bu təzahürləri görməzdən gəlir, başqa ölkələrin timsalında adi hüquq pozuntusu faktlarını dəhşətli cinayət növləri kimi təqdim edirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi eskpert Aydın Quliyev deyib.

O bildirib ki, bu gün Avropada gündəlik olaraq 45-50 uşağın itkin düşməsi ilə bağlı faktları Avropa KİV-ləri belə yayımlayır: “Hollandiyanın hüquq müdafiəçisinin son beş ildə apardığı təhlillər dəhşətli faktlar ortaya qoyub və məlum olub ki, gündəlik 45-50 uşaq itkin düşür. Bu uşaqlar əsasən insan oğurluğu ilə məşğul olan qüvvələrin əlinə keçir. Avropa Parlamentində korrupsiya faktları səngimir. Fransa və Hollandiyanın müxtəlif xalqların haqq və hüquqlarını tanımaması bu gün Avropada rast gəlinən ağır faktlardandır. Təəssüflər olsun ki, Avropa strukturları bütün bunlardan nəticə çıxarmaq əvəzinə başqa dövlətlərin siyasətini qaralamaqla məşğuldurlar”.