Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların 21,1%-ni informasiya və analitik proqramlar təşkil edib. SİA xəbər verir ki, bu barədə Audiovizual Şuranın yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin üçüncü rübü ərzində (iyul, avqust və sentyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.
Statistikaya əsasən, sıralamada daha sonra idman proqramları (16,5%), reklam məzmunlu materiallar (ümumi 15,4%), bədii film və seriallar (ümumi 15,1%) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 8,7% olub.