Azərbaycanla Belarus arasında iki Saziş təsdiqlənib

25 Oktyabr 2024 16:24 (UTC+04:00)

2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sənədi imzalayıb.

Eyni zamanda, Prezident 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u da təsdiq edib.