AAF-nin vitse-prezident Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində - FOTOLAR

25 Oktyabr 2024 16:01 (UTC+04:00)

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezident Firdovsi Umudov Polşanın Varşava şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) xüsusi Konqresində iştirak edib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan EWF-nin prezidenti Antonio Konflitti qonaqları salamlayıb və konqresin proqramı ilə bağlı iştirakçılara məlumat verib.

Ardınca səsvermə yolu ilə sabah start götürəcək Avropa birinciliyinin texniki və hakim heyəti təsdiqlənib.

Daha sonra bu il 55 yaşını qeyd edən EWF-nin keçdiyi tarixi yol xatırlanıb. EWF tərəfindən qurumun rəsmilərinə xüsusi hədiyyələr təqdim edilib. Konqresin gündəliyinə əsasən EWF-nin yeni loqosu təsdiqlənib. İclasın sonunda AAF-nin xüsusi hədiyyəsi 55 illiyini qeyd edən EWF-nin prezidenti Antonio Konflittiyə təqdim edilib.