Nigeriyada helikopter qəzasında ölənlərin sayı 8-ə yüksəlib

25 Oktyabr 2024 15:12 (UTC+04:00)

Nigeriyanın Rivers əyalətində dünən sərnişin daşıyan helikopterin qəzaya uğraması nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mediada yer alan xəbərlərə görə, Rivers əyalət polisinin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Qreys İrinqe-Koko verdiyi açıqlamada, dünən Rivers əyalətində qəzaya uğrayan vertolyotda 8 nəfərin hamısının öldüyünü bildirib.

Aerokosmik İnkişaf Nazirliyinin sözçüsü Odutayo Oluseyi dünən verdiyi açıqlamada, içərisində 8 nəfərin olduğu helikopterin Rivers əyalətinin paytaxtı Port Harkortdan havaya qalxdıqdan sonra Bonni Finima yaxınlığında Atlantik okeanına düşdüyünü açıqlayıb. İlkin məlumata görə, 3 nəfərin öldüyü, 5 nəfərin yaralandığı paylaşılıb.