“Qremmi” mükafatı laureatı dünyasını dəyişib - FOTO

25 Oktyabr 2024 14:01 (UTC+04:00)

“The Love Boat” mahnısını ifa etməklə tanınan “Qremmi” mükafatlı müğənni Cek Cons 86 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, kədərli xəbəri onun meneceri Milt Suchin açıqlayıb.

İki ildir leykemiya ilə mübarizə aparan Consun Kaliforniya ştatının Ranço Mirage şəhərindəki xəstəxanada vəfat etdiyi açıqlanıb. Müğənnilik karyerasına 1950-ci illərdə başlayan Cons 1960-cı illərdə ən yaxşı vokal performansına görə iki “Qremmi” mükafatı qazanıb. Birini "Lolipoplar və Güllər", digərini isə "Arvadlar və Sevgililər" ilə alıb. Sonrakı illərdə daha bir neçə dəfə “Qremmi” mükafatına namizəd olan Cons, xüsusilə 1980-ci ildə Türkiyədə yayımlanan "Aşk Gemisi" serialının mövzu mahnısı ilə çıxış edib. Billboard siyahılarında 37-ci yerə yüksəlib.