Baş məşqçi qəzaya düşdü - FOTO

25 Oktyabr 2024 13:39 (UTC+04:00)

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov avtomobil qəzası keçirib. SİA xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın "Ayaks"la oyununu (0:3) izləmək üçün Tofiq Bəhramov adına Respublika Stadionuna gələn 42 yaşlı mütəxəssis matçdan sonra arenanın tərk edərkən hadisə baş verib. O, dayanacaqdan çıxarkən maşınını ağaca vurub.

Qəza zamanı Sadıqov xəsarət almayıb. Ancaq "Range Rover" markalı avtomobilinə ziyan dəyib. Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb.