İranda spirtli içkidən 200 insan zəhərləndi

25 Oktyabr 2024 13:15 (UTC+04:00)

Bu gün Mazandaran əyalətində saxta spirtli içkidən zəhərlənənlərin sayı artaraq 160 nəfərə çatıb. SİA "İRNA" xəbər agentliyinə istinadən məlumat verir ki, Mazandaran Tibb Elmləri Universitetinin Müalicə fakültəsinin müdiri Rəsul Zəfərmənd bildirib ki, zəhərlənənlərin çoxu əyalətin Çalus, Nouşəhr, Amol və Qaimşəhr şəhərlərinin sakinləridir.

Onun sözlərinə görə, Çalusda 19-u qadın, 72-si kişi olmaqla 91 nəfər zəhərlənmə əlamətləri ilə xəstənaya müraciət edib. Nouşəhrdən bir qadın, 14 kişi, Amoldan üç qadın, 44 kişi, Qaimşəhrdən isə 6 nəfər zəhərlənib.

Qeyd olunub ki, zəhərlənənlərdən biri qadın, üçü kişi olmaqla ümumilikdə dörd nəfər ölüb.