Orduda istismar rejimə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO

25 Oktyabr 2024 12:53 (UTC+04:00)

Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.