Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

25 Oktyabr 2024 11:59 (UTC+04:00)

Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9 min manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.