Binəqədi sakinlərinin şikayəti həll olundumu? - QURUMDAN AÇIQLAMA

25 Oktyabr 2024 11:56 (UTC+04:00)

Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Binəqədi rayonu 5-ci Döngə ərazisində yerləşən evlər su altında qalıb. Sakinlərin sözlərinə görə, yaranan durumla bağlı Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi və Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng olunub. Lakin heç bir qurum kömək etmək niyyətində deyil. Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti SİA-nın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, suyun miqdarı ərazidə çox olduğundan ünvandan suyun çəkilməsi üçün dünəndən iş aparılır: “Hazırda da briqada oradadır, gün ərzində də işlər davam etdiriləcək”.

Ayşən Vəli