“Təqaüd proqramı ilə 18 nəfər müxtəlif ölkələrdə təhsilini davam etdirir” - RƏŞAD ƏZİZOV

25 Oktyabr 2024 11:52 (UTC+04:00)

"Mədəniyyət Nazirliyi Kollegiyasının Müvafiq Qərarı ilə təsdiq edilmiş "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"nın seçim mərhələsi başa çatıb. "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən 18 nəfər artıq müxtəlif ölkələrdə təhsillərini davam etdirirlər. Həmin ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Almaniya, ABŞ, Türkiyə, İtaliya, Fransa və Avstriya yer alır". SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.

O bildirib ki, təqaüd proqramı bakalavr və magistr təhsilini əhatə edir: "Sözügedən təqaüd proqramına 17-38 yaş aralığında şəxslər qəbul olunur.

Qeyd edim ki, bu il təqaüd proqramı ilə təhsil alan 18 nəfərdən 13-ü xanımdır. Bu da olduqca sevindirici haldır və bizim mədəni yaradıcılığımızı xanımlara həvalə edəcəyimizin göstəricisidir".