İsrail jurnalistlərin qaldığı oteli vurub - 3 jurnalist ölüb

25 Oktyabr 2024 10:34 (UTC+04:00)

Livanın paytaxtı Beyrutun cənubunda jurnalistlərin qaldığı otelə İsrail tərəfindən həyata keçirilən hava hücumunda 3 jurnalistin həyatını itirdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatında İsrail döyüş təyyarələrinin Beyrutun cənubundakı Hasbiya qəsəbəsində jurnalistlərin qaldıqları otelə hava hücumu təşkil etdiyi bildirilib.

Xəbərdə hücumda 3 jurnalistin həyatını itirdiyi bildirilsə də, mövzu ilə bağlı ətraflı məlumat verilməyib.