Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

25 Oktyabr 2024 09:57 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% azalaraq 2 740 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,38% azalaraq 33,67 ABŞ dollarına bərabər olub.