Qanunsuz ov edən şəxs tutuldu

25 Oktyabr 2024 09:33 (UTC+04:00)

Zərdab rayonunda qanunsuz ov edən şəxs barədə tədbir görülüb. SİA-nın məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Dəkkəoba kəndi ərazisində qanunsuz ov edən rayon sakini Şaiq Abdullayev saxlanılıb.

Həmin şəxsdən “TOZ” markalı ov tüfəngi və qanunsuz ovlanmış çöl quşları (turac) aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.