İsrail oradakı əməliyyatı qəfil dayandıra bilər

25 Oktyabr 2024 04:40 (UTC+04:00)

İsrail ordusu Livanla sərhəddə döyüşləri qəfildən dayandıra bilər. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi məlumat verib. “Şimalda dramatik nəticəyə gəlmək imkanı var. Biz "Hizbullah"ın komanda zəncirini mahiyyət etibarı ilə pozmuşuq”, - o deyib. Oktyabrın 25-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin (IDF) qırıcılarının "Hizbullah" hərəkatının obyektlərinin yerləşdiyi Beyrutun cənub ətrafına hücum etdiyi bildirilir.