Qaradağda ağır qəza can aldı

25 Oktyabr 2024 03:37 (UTC+04:00)

Qaradağ rayonu Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir k,i 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən tikinti materialları daşıyan yük avtomobili ilə toqquşub. Ağır bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb. Meyit təcili tibbi yardım briqadası tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.