"Maria” filmindən yeni kadrlar yayılıb - FOTOLAR

25 Oktyabr 2024 04:20 (UTC+04:00)

Dünyaca məşhur aktrisa Ancelina Coli ilə türk aktyor Haluk Bilginerin “Maria” filmindən yeni kadrlar yayılıb. SİA xəbər verir ki, tanınmış soprano Maria Kallasın həyatından bəhs edən filmdə Bilginer onun böyük eşqi Aristotl Onessisi oynayıb. Bilginerlə Colinin fotoları çox danışılıb.