Polis reydində miqrantın ölümü Portuqaliyada iğtişaşa səbəb olub

25 Oktyabr 2024 05:50 (UTC+04:00)

Portuqaliyanın paytaxtı Lissabonun kənar məhəllələrində başlayan iğtişaşlar üçüncü gecədir davam edir. SİA "Figaro”ya istinadla xəbər verir ki, Portuqaliyanın keçmiş müstəmləkəsi Kabo-Verdedən olan 20 yaşlı miqrantın polis reydi zamanı ölməsi güc strukturları ilə qarşıdurma ilə nəticələnib. Hökumət nümayəndələri isə asayişin nəyin bahasına olursa olsun təmin ediləcəyini bildirib.

Qarşıdurma zamanı 3 nəfər xəsarət alıb, 11 nəfər saxlanılıb.

Rəsmi məlumata görə 43 yaşlı Odair Moniz polisə soyuq silahla hücum etdiyi üçün zərərsizləşdirilib. Lakin Portuqaliya mətbuatı məlumatın mötəbərliyinə şübhə ilə yanaşır.