Çelyabinsk vilayətində qaraçılara qarşı qırğın başlayıb...

25 Oktyabr 2024 00:46 (UTC+04:00)

...Çelyabinsk vilayətinin Korkino şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı taksi sürücüsünün qətlindən sonra baş qaldıran qırğını cilovlamaqda çalışırlar.

SİA xəbər verir ki, bu barədə Ural Mash Telegram kanalı məlumat yayıb.

Beləliklə, yayımlanan görüntülərdə izdiham maşınların süsələrini sındıraraq onlara od vurur.

Telekanalın məlumatına görə, Korkinoda əhali qaraçı hesab etdikləri adamların avtomobillərini aşıraraq yandırırlar. Verilən məlumata görə, Rusiya Qvardiyasının əlavə qüvvələri Çelyabinskdən şəhərə gətirilib.

Qırğınlar nəticəsində Korkinoda iki nəfər güllə yarası ilə xəstəxanaya aparılıb.

Onlardan biri boyun nahiyəsindən, digəri isə bud nahiyəsindən güllə yarası alıb.

Hər şey 40 yaşlı taksi sürücüsü olan qadının qətlə yetirilməsindən sonra başlayıb.

Öldürülən qadının həmkarının dediyinə görə, taksi sürücüsü yerli qaraçıların daimi olaraq taksi çağırdıqları şəxsi evdə qətlə yetirilib.

İstintaqın məlumatına görə, taksi ilə yaşadığı ünvana gedən və hazırda şübhəli kimi həbs edilən qaraçı 17 yaşlı yeniyetmədir.

Yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.

Nazlı Almuradova