Vladi, Lobodaya “mənim bəstəmi oxuma” deyir, lakin...

25 Oktyabr 2024 01:18 (UTC+04:00)

...Ümumi Yurisdiksiyanın Birinci Kassasiya Məhkəməsi bəstəkar Oleq Vladinin müğənni Svetlana Loboda üçün yazdığı “Cəhənnəmə sevgi ilə” mahnısının ifasına qadağa qoyulması ilə bağlı işi baxılmaq üçün göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RAPSI yazıb.

Vladi qeyd edib ki, Loboda peşəkar fəaliyyətindən əldə etdiyi gəliri Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün istifadə edəcəyini açıqladıqdan sonra onun bəstəsini ifa etməyi qadağan etmək qərarına gəlib.

Bunu qəbuledilməz hesab edən bəstəkar, Lobodaya mahnını ifa etməməklə bağlı məktub göndərib, lakin müğənni buna məhəl qoymayıb.

Qeyd edək ki, bundan əvvəl Lobodanın xaricdəki konsertləri ilə bağlı problemlərinin olduğu bildirilirdi. Xüsusilə, Kiprdə bunun üçün biletlər satılmamış qalıb.

Nazlı Almuradova