UEFA Avropa Liqasının əsas mərhələsinin üçüncü turunda Bakıda üz-üzə gələn “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasında matçda hesab açılıb.
SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 36-cı dəqiqəsində rəqibin heyətində Kennet Teylor fərqlənib.
"Qarabağ"ın heyətində 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyunu Şotlandiyadan olan referi Nikolas Uolş idarə edir.