QlükoZa məcburi müalicəyə göndərilə bilməz...

24 Oktyabr 2024 22:35 (UTC+04:00)

Hüquqşünas İvan Solovyov, QlyukoZanı (əsl adı Natalya Çistyakova-İonovadır –A.B.) narkomaniyadan məcburi müalicəyə göndərilməsi təklifini şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini aif.ru yayıb.

Solovyovun fikrincə, müğənni öz istəyi olmadan aludəçiliklə mübarizədə kömək etmək mümkün deyil.

...Narkoloji yardım yalnız onların könüllü razılığı ilə həyata keçirilir. Bu, yalnız məhkəmə tərəfindən, cinayət işi çərçivəsində məcbur edilə bilər. Yəni, əgər şəxs narkotika aludəçiliyi səbəbindən cinayət törədibsə...

Bunu vəkil bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, QlükoZa narkotik maddələrdən istifadə etdiyinə görə 5 min rubl cərimələnib. Müğənni təyyarədən enərkən paytaxt hava limanında həbs edilib.

Nazlı Almuradova