Məhəmməd Mustafa və Takeşi İvaya telefon danışığı keçirib

24 Oktyabr 2024 18:07 (UTC+04:00)

Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa Yaponiyanın Xarici işlər naziri Takeşi İvaya ilə İsrailin Qəzzaya olan hücumları ilə bağlı görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Fələstin Baş Nazirliyindən yayınlanan açıqlamada rəsmilərin telefon ilə görüşdüyü qeyd olunub. Tərəflərin işğal altında olan Fələstindəki vəziyyət ilə əlaqəli danışdıqları, bir ildən artıqdır ki İsrailin Qəzza zolağındaki soyqırımları müzakirə etdikləri bildirilib.

Danışıq boyunca Qəzzaya olan hücumların və savaşın dayandırılması üçün BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasında edilən cəhdlərin də danışıldığı vurğulanıb. Fələstinin Baş naziri Məhəmməd Mustafa beynəlxalq arenalarda Yaponiya Xarici işlər naziri Takeşi İvayanın Qəzzaya və Fələstinə yönəlik müsbət çıxışlarını, atəşkəs çağırışlarını dəstəklədiyini açıqlayıb. İvayanın müharibədən sonra Qəzza zolağının yenidənqurması üçün dəstək verəcəyi də çatdırılıb.