Hakimiyyət dilemma qarşısında qalacaq...

24 Oktyabr 2024 23:04 (UTC+04:00)

...BEROC-un baş elmi işçisi Anastasiya Luzqina, “Salidarnastsi” nəşrinə verdiyi açıqlamada Belarus hakimiyyəti qarşısında hansı dilemmanın yarana biləcəyini izah edib.

Onun dediyinə görə, belə davam edərsə, qiymət artımı artacaq ki, bu da gələcəkdə inflyasiya və devalvasiya risklərini artıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, BEROC, Belarusda iqtisadi tədqiqatlar sahəsində aparıcı müstəqil akademik tədqiqat mərkəzidir.

Deməli, Luzqinanın dediyinə görə, əgər ölkədə Ümumi daxili məhsul (UDM) artımını artırmağa çalışsalar, bu vaxt ciddi risklər yaranacaq.

...Biz elə bir nöqtəyə gələ bilərik ki, qiymətləri aşağı saxlamaq kömək etməyəcək və onlar planlaşdırıldığından daha sürətlə qalxmağa başlayacaq. Və burada seçim etməli olacağıq- ya inflyasiyanın 5 faiz civarında saxlanılması, ya da ÜDM-in 4 faiz artımı.

Ciddi qiymət tənzimlənməsi nəzərə alınmaqla belə, bu iki göstəricinin birlikdə əldə olunmasını təmin etmək üçün nə etmək lazım olduğunu bilmirəm.

Təbii ki, burada seçki kampaniyasını da nəzərə almalıyıq.

Bunular belaruslu mütəxəssisin fikirləridir.

Əli Babayev