Biləsuvarda yol qəzası olub

24 Oktyabr 2024 16:47 (UTC+04:00)

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb və 2 xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.