Azərbaycanı Gimnaziadada təmsil edəcək taekvondoçular müəyyənləşib

24 Oktyabr 2024 16:03 (UTC+04:00)

Taekvondo üzrə Azərbaycan millisinin Bəhreynin Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunları üçün heyəti açıqlanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, yarışda Azərbaycanı 14 taekvondoçu təmsil edəcək.

Milli komandanın heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kiloqram), Kənan Əliyev (48 kiloqram), Bahadur Dostuyev (51 kiloqram), Ülvi Abdullayev (55 kiloqram), Aydın Süleymanov (59 kiloqram), Əbdülsübhan Dadaşlı (63 kiloqram),

Bilal Enis Turan (68 kiloqram), Elcan Əliyev (78 kiloqram), Allahverdi Məmmədov (+78 kiloqram), qızlar arasında isə Gülü Zamanlı (42 kiloqram), Xuraman Cavadzadə (44 kiloqram), Nilufer Borji (49 kiloqram), Seyidxanım Məmmədova (52 kiloqram) və Sehri Cəlalova (55 kiloqram) mübarizə aparacaqlar.

Qeyd edək ki, taekvondo üzrə yarışlar oktyabrın 27, 28 və 30-da keçiriləcək. Gimnaziadada beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.