Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi təmir ediləcək

24 Oktyabr 2024 15:53 (UTC+04:00)

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi təmir ediləcək. SİA bu barədə Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ilkin olaraq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı ildə yaradılmış Atçılıq Turizm Mərkəzinin bazasında 2007-ci ildən təşkil edilib.