"Tbilisidə keçirilən final mitinqində qalib gəlmək üçün ən böyük səy göstərən yüz minlərlə tərəfdarlarımıza dərin təşəkkürümü bildirirəm". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri "Gürcü arzusu"nun icraçı katibi Mamuka Mdinaradze sosial şəbəkədə səsləndirib.
Onun sözlərinə görə, gürcü xalqı oktyabrın 26-da növbəti layiqli qələbəyə hazırlaşır.
“Dünən Tbilisidə keçirilən son mitinqdə qalib gəlmək üçün ən böyük səy göstərən yüz minlərlə tərəfdarımıza dərin təşəkkürümüzü bildiririk. Oktyabrın 26-da papaqlı adam sülhü, ləyaqəti və firavanlığı, vətənimizin əsl avropalı, ənənəvi, xristian gələcəyini müdafiə etmək üçün çıxmalıdır. Gürcü xalqı növbəti, layiqli qələbəyə hazırlaşır"- Mdinaradze sosial şəbəkədə yazıb.