"Pensiyalar hər il artacaq" - Gürcüstanın baş naziri

24 Oktyabr 2024 12:41 (UTC+04:00)

"Pensiyalar hər il artacaq, 6000 köçkün ailə hazırkı layihələr əsasında yeni mənzillərlə kifayətlənəcək". SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, bütün istiqamətlər üzrə işlər iddialı şəkildə davam etdiriləcək.

“Pensiyalar hər il artacaq. Bununla bağlı verilişimizdə konkret məlumatlar təqdim etmişik. Məcburi köçkünlərin layiqli mənzillə təmin edilməsi - 6000 ailə cari layihələr əsasında yeni mənzillərlə təmin olunacaq. Bu, müxtəlif istiqamətlərdə olan planlarımızın çox kiçik bir siyahısıdır. Maraqlı bir detal ondan ibarətdir ki, mən hökumətin hesabından və planlarından danışmağa məcbur olanda təqdim olunan plan və işlərin təxminən 90%-ni süzgəcdən keçirməli oluram. Bu, hər bir nazirliyin nə qədər böyük iş gördüyünü göstərir və biz bundan sonra da bütün istiqamətlərdə iddialı şəkildə çalışacağıq. Təbii ki, biz bundan sonra da Gürcüstan ordusunun güclənməsinin qayğısına qalacağıq, polisin, hüquq-mühafizə orqanlarının qayğısına qalacağıq”, - baş nazir bildirib.