Azərbaycan millisinin yeni mövqeyi bəlli olub - FIFA reytinqi

24 Oktyabr 2024 12:31 (UTC+04:00)

FIFA milli komandaların oktyabır ayına olan reytinq cədvəlini açıqlayıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması beş pillə geriləyib.

Aktivində 1161.8 xalı olan komanda 118-ci sıraya enib.

Qeyd edək ki, siyahıya son dünya çempionu Argentina millisi (1883,5) rəhbərlik edir.