“Türkiyədə törədilən terror aktı bu ölkədə daxili sabitliyin pozulmasına yönəlib. Təəssüf ki, Türkiyənin qonşuluğunda olan müxtəlif terror qrupları Türkiyədə daxili sabitliyi pozmağa və terror aktları törətməklə bölgədə Türkiyənin mövqelərini zəiflətməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
O bildirib ki, hər nə qədər Türkiyədə siyasi hakimiyyət daxili sabitliyi qorumaq və terrorla mübarizəni davam etdirməyə çalışsa da, biz görürük ki, xarici ölkələrin təsir dairəsində olan bir sıra terror qrupları Türkiyənin son illər terrorla apardığı mübarizəni zəiflətməyə çalışırlar: “Son açıqlamalarla Türkiyə siyasi qüvvələri keçmişdə terrorda təqsirli bilinən qüvvələrin amnistiyasını elan etdi. Görünür ki, müəyyən qüvvələr Türkiyədə bu sahədə gedən proseslərdən narahatdırlar, bu vəziyyətin daha da yumşalmasına xidmət etmiş olardı. Təəssüf ki, daxili sabitliyi pozmaq və terrorla Türkiyədə daxili gərginliyi artırırlar.
Qardaş ölkədə baş verən terror aktı Azərbaycan cəmiyyətini də dərindən kədərləndirdi. Azərbaycan uzun illər erməni terroruna məruz qalıb, Azərbaycanın ilk müstəqillik illərində ölkə ərazisində buna bənzər terror aktları törədilib və Azərbaycan xalqı dəhşətli terrorla üzləşib. Erməni terroru həm xaricdə, həm də ölkə daxilində ,ümumiyyətlə türk və Azərbaycan xalqına əsrlərdir yönəlmişdi. Terror ümumi bir bəladır və bununla müharizədə bütün cəmiyyət və ölkələr səfərbər olunmalıdır”.