Böyük Britaniya hökuməti gələn yaydan etibarən ölkədə birdəfəlik elektron siqaretlərin satışının qadağan ediləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ətraf Mühit, Ərzaq və Kənd İşləri Departamenti dünən parlamentdə birdəfəlik elektron siqaretlərin satışını qadağan edən yeni qanun layihəsinin müzakirə olunduğunu təsdiqləyib.
Həmçinin bildirilib ki, müəssisələr qalan səhmlərini satmaq və qadağanın qüvvəyə minməsi üçün son tarixə qədər vaxt tapacaqlar. Hökumət qadağanın 2025-ci il iyunun 1-dən başlayacağını təsdiqləyib. Ətraf Mühit, Ərzaq və Kənd İşləri Departamenti, Böyük Britaniya hökumətlərinin qadağa üzərində yaxından işlədiyini bildirib.