Şəhid anası vəfat etdi

24 Oktyabr 2024 12:01 (UTC+04:00)

Vətən müharibəsi şəhidi Rövlan Məmmədovun anası Solmaz xanım vəfat edib. SİA xəbər verir ki, şəhidin anası xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Rövlan Məmmədov 2001-ci il mayın 24-də anadan olub. Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 2020-ci il oktyabrın 15-də şəhid olub.