STEAM siniflərinə cəlb oluan şagirdlərin SAYI

24 Oktyabr 2024 11:59 (UTC+04:00)

Son illər ərzində Azərbaycan STEAM təhsili addım-addım və mərhələli şəkildə həm ümumtəhsil, həm də ali təhsilin bir hissəsinə çevrilməkdədir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivilanın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, 250 min şagird müxtəlif səviyyələrdə STEAM siniflərinə cəlb olunub.

"SAF təkcə ölkə miqyasında deyil, həm də region üzrə illik hesabat tədbiridir. Bu, ən çox ölkəni əhatə edən və ən çox şagirdi cəlb edən bir tədbirdir. Yaşıl SAF COP29 çərçivəsində keçirdiyimiz ilk böyük tədbirdir.

Bu tədbir şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması barədə fikirlərin formalaşmasına kömək edəcək.

İlk dəfə bu festivalda ənənəvi kateqoriyalarla yanaşı şagirdlərin iqlim dəyişikliyi ilə bağlı dayanıqlı həll yollarının tapılması, planetimizin qorunması kimi mövzularda bilik və bacarıqlarını və konkret layihələrinin nümayişini görəcəksiniz".

Nazir əlavə edib ki, sevindirici haldır ki, hər il şagirdlərimiz daha çox ölkədən olan yaşıdları ilə tanış olurlar.