Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib

24 Oktyabr 2024 11:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.