Binəqədi sakinlərinin şikayətinə hansı qurum cavabdehdir? - AÇIQLAMA - FOTOLAR

24 Oktyabr 2024 10:36 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən hazırda Binəqədi rayonu 5-ci Döngə ərazisində yerləşən evlər hələ də su altında qalıb. Sakinlərin sözlərinə görə, yaranan durumla bağlı Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi və Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng olunub. Lakin heç bir qurum kömək etmək niyyətində deyil.

SİA mövzu ilə bağlı FHN-ə sorğu ünvanlasa da suallarımız cavabsız qalıb. Qurumdan bildirilib ki, “Problemə görə aidiyyəti üzrə rayon fövqəladə hallar komissiyasına müraciət etməyiniz tövsiyə olunur və bizdə isə onların əlaqə nömrəsi yoxdur”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, rayonun sukanal idarəsinə məlumat verilib: “İdarədən qeyd olunub ki, qısa zamanda qəza xidməti əraziyə gedəcək”.

Ayşən Vəli