Təl-Əvivə Hizbullah tərəfindən raket hücumu olub

24 Oktyabr 2024 10:26 (UTC+04:00)

Hizbullah İsrailin paytaxtı Təl-Əvivə 4 raket atıb. Raketlərin bəzilərinin hava hücumundan müdafiə sistemləri tərəfindən bloklandığı öyrənilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsraillə Hizbullah arasında qarşıdurma davam edir.

İsrail ordusu Livandan İsrailin paytaxtı Təl-Əvivə 4 raket atıldığını bildirərək, raketlərin bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını açıqlayıb. Ordu bəzi raketlərin qarşısını almaq mümkün olmadığını və Quş Dan bölgəsinə düşdüyünü bildirib.

Hücum səbəbi ilə Təl-Əvivin Ben Gurion hava limanında hava hərəkəti dayandırılarkən, Təl-Əvivin şimalındakı Şaron, Herzliya və Netanya bölgələrində siren səsləri yüksəldilib.