Nigeriyada 17 ayda difteriya epidemiyası səbəbindən 1191 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, NCDC-nin Difteriya Təcili Əməliyyat Mərkəzinin rəhbəri Müzzəmmil Qadanya açıqlamasında bildirib ki, 2023-cü ilin mayından 2024-cü ilin sentyabrına qədər ölkədə difteriya epidemiyasından 1191 nəfər ölüb.
Qadanya bildirib ki, bu müddət ərzində ölkədə 38 mindən çox şübhəli difteriya hadisəsi qeydə alınıb, təsdiqlənmiş halların sayı isə 23 min olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində keçən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib. "Quş gözü xəstəliyi" olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.