İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yaşayış məntəqəsinə və Homs şəhəri yaxınlığındakı hərbi bölgəyə hücum edib. Hücumlarda 1 əsgərin öldüyü, 7 əsgərin yaralandığı açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinə və Livana hücumlarını davam etdirən İsrail bu dəfə Suriyanı hədəfə alıb.
Rəsmi Suriya mətbuatında yer alan xəbərlərə görə, İsrail ordusunun paytaxt Dəməşqin mərkəzi məhəlləsi olan Kəfr Sousadakı iqamətgah və Homs şəhəri yaxınlığındakı hərbi bölgəyə hücum təşkil etdiyi bildirilib. Hücumlarda 1 əsgərin öldüyü, 7 əsgərin yaralandığı, maddi ziyanın olduğu bildirilib. İsrail hücumlarla bağlı açıqlama verməyib.