Blinken: Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır

24 Oktyabr 2024 01:14 (UTC+04:00)

“Birləşmiş Ştatlar müttəfiqimiz olan Türkiyənin yanındadır və bugünkü terror aktını qətiyyətlə pisləyir”.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Türkiyədə baş vermiş terror aktı ilə bağlı deyib.

O hadisə qurbanları və onların ailələrinin dərdini paylaşdığını deyib.

Xatırladaq ki, Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində terror aktı törədilib.