Ərdoğan Ankaradakı zavodda terrorçuların məhv edildiyini açıqlayıb

23 Oktyabr 2024 22:12 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada terrorçuların məhv edildiyini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, yerli təhlükəsizlik qüvvələri Ankarada törədilən terror aktına dərhal reaksiya verib.

O qeyd edib ki, terrorçular məhv edilib.

Xatırladaq ki, Türkiyənin “Tusaş” aviasiya şirkətinin binasında terror aktı bu gün, oktyabrın 23-də baş verib. Obyektin yanında Hərbi Hava Qüvvələrinin bazası var. Terror aktı nəticəsində Ərdoğanın verdiyi məlumata görə, 4 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə Türkiyə rəhbəri hadisə ilə bağlı verilən başsağlığına görə minnətdarlığını bildirib.

Əli Babayev