İlham Əliyev Kazanda rəsmi ziyafətdə iştirak edir

23 Oktyabr 2024 21:52 (UTC+04:00)

Bu dəqiqələrdə Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəldi.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.