Selidovo ərazisində rusların üç bölümü məhv edilib

23 Oktyabr 2024 21:27 (UTC+04:00)

Ukrayna Milli Qvardiyasının əsgərləri son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinə Pokrovski istiqamətində 13 hücum cəhdini uğurla dəf ediblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının mətbuat xidməti rəsmi Facebook hesabında məlumat yayıb.

Bildirilir ki, ukraynalı müdafiəçilər hücumları dəf edərkən düşmənə xeyli itki veriblər: 307 nəfər, yəni faktiki olaraq üç bölüm...

...Ukrayna Milli Qvardiyasının döyüşçüləri aktiv şəkildə əks-aktareya döyüşləri aparır, pilotsuz təyyarələrdən istifadə edir və Rusiya Silahlı Qüvvələrinin texnikasına, şəxsi heyətinə və maddi-texniki təchizatına ziyan vurur, - deyə departament vurğulayıb.

Bundan əlavə, Ukrayna Milli Qvardiyası əlavə edib ki, Pokrovski istiqamətində ruslar son bir neçə gündə, o cümlədən Selidovo ərazisində artilleriyadan daha çox istifadə edir.

Belə ki, təkcə oktyabrın 22-də son 24 saat ərzində düşmən şərq istiqamətlərində Ukraynanın mövqelərinə 559 artilleriya və MLRS hücumu həyata keçirib. Bu, cari ilin yaz ayı ilə müqayisədə 2 dəfədən çox çoxdur.

Əli Babayev