“Qalatasaray” doğma meydanda İsveç klubunu məğlub edib

23 Oktyabr 2024 21:04 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsində III tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Türkiyənin “Qalatasaray” komandası İstanbulda İsveçin “Elfsborq” klubunu qəbul edib. Görüş ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə “Braqa” Portuqaliyada Norveçin “Budyo-Qlimt” kollektivinə uduzub - 1:2.

Qeyd edək ki, III turun digər oyunları oktyabrın 24-də keçiriləcək.