Şimali Koreya lideri çağırış etdi

23 Oktyabr 2024 20:05 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə imkanları da daxil olmaqla, "çəkindiriciliyi" artırmağa çağırıb. Mərkəzi Seulda yerləşən "Yonhap" agentliyinin yaydığı məlumata görə, Kim Çen In "strateji" olaraq xarakterizə edilən və yeri açıqlanmayan raket bazalarına baxış zamanı bu bəyanatları verib.

SİA-nın əldə etdiyi məlumata görə, Kim Çen In ABŞ-ın strateji nüvə imkanlarının Şimali Koreyanın təhlükəsizlik mühiti üçün təhlükə yaratdığını iddia edərək, ölkəsinin müharibədən çəkindirmə qabiliyyətini gücləndirməsinin vacibliyini vurğulayıb. O, uzunmüddətli təhdidlərə qarşı mübarizəni əhəmiyyətli dərəcədə gücləndirmənin və nüvə güclərinə qarşı sərt mövqe nümayiş etdirmənin vacibliyini qeyd edib.

Hərbi bazada aparılan yoxlamalar zamanı buraxılış qurğularının əsas funksiyaları və strateji raket bölmələrinin əməliyyat hazırlığı da nəzərdən keçirilib.